"Higlander"in yeni versiyasının heyəti açıqlandı

"Higlander"in yeni versiyasının heyəti açıqlandı
16 aprel 2026
# 10:38

Henri Kevill 1986-cı il istehsalı əfsanəvi "Highlander" filmini müasir kinematoqrafiya dili ilə yenidən canlandırmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, Las-Veqasda baş tutan "CinemaCon" festivalında "Amazon MGM Studios" və "United Artists" tərəfindən təqdim olunan ilk kadrlar sənət dünyasında böyük maraq oyadıb.

1986-cı ilin eyniadlı kult fantastik filminin remeyki olan bu layihədə Henri Kevill XVI əsrdə Şotlandiyada doğulan və ölməz olduğunu kəşf edən Konnor Makleod obrazını canlandırır.

Filmin rejissor kürsüsündə "John Wick" seriyası ilə döyüş estetikasına yeni standartlar gətirən Çad Stahelski əyləşib. Henri Kevill videomüraciətində çəkilişlərin hələ tamamlanmadığını, lakin yaradıcı heyətin artıq çox xüsusi bir sənət nümunəsi yaratdıqlarını hiss etdiklərini bildirib.

Filmin aktyor heyəti ulduzlar ansamblını xatırladır. Henri Kavill ilə yanaşı, layihədə Rassel Krou, Ceremi Ayrons, Karen Gillan və Cimon Honsu kimi məşhur simalar yer alır.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər