“Mahmud və Məryəm” yenidən Almaniyada

“Mahmud və Məryəm” yenidən Almaniyada
29 mart 2018
# 12:02

Xalq Yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı Berlinin nüfuzlu “E Vintervork” nəşriyyatı tərəfindən alman dilində nəfis şəkildə nəşr edib.

Kulis.azın verdiyi xəbərə görə, bu nəşr “Mahmud və Məryəm”in Almaniyada üçüncü nəşri, ümumilikdə isə Xalq Yazıçısının bu ölkədə çapdan çıxmış beşinci kitabıdır.

Elçinin Almaniyada “Ağ dəvə”, “Baş” romanları da çap olunaraq alman oxucularına təqdim edilib, hekayələri mətbuatda işıq üzü görüb.

# 1243 dəfə oxunub

Müəllifin son yazıları

# # #