Əlif Şəfəqin bu kitabını yüz ildən sonra oxuyacaqlar

Əlif Şəfəqin bu kitabını yüz ildən sonra oxuyacaqlar
30 oktyabr 2017
# 09:49

Tanınmış türk yazar Əlif Şəfəq “Gələcəyin kitabxanası” layihəsinə dəvət alıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, şotland sənətçisi Katia Paterson tərəfindən reallaşan layihə yüz il davam edəcək. Proyektdə iştirak edən yazıçı sadəcə bir kitabxana üçün kitab yazacaq və kitab yüz il sonra oxunacaq.

Əlif Şəfəq layihə ilə bağlı verdiyi açıqlamada qeyd edib ki, yüz il sonra oxunacaq bir mətn yazmaq məktub yazıb çaya atmaq kimidir. Hara gedəcəyini və kimin oxuyacağını bilmirsən, sadəcə zamanın axarına buraxırsan.

İndiyədək kanadalı yazıçı Marqaret Atvudun, ingilis romançı Devid Miçelin və islandiyalı şair Sjonun dəvət aldığı layihədə çap olunacaq əsərlərin kağızı üçün Norveçdə min ağaclıq xüsusi meşə yetişdirilir.

# 1046 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #