Fazil Mustafa: "Azərbaycanda kino sənayesi bərbad vəziyyətdədir"

Fazil Mustafa, deputat, Mədəniyyət komitəsinin sədr müavini

Fazil Mustafa, deputat, Mədəniyyət komitəsinin sədr müavini

1 fevral 2022
# 13:00

"Azərbaycanda “Kino haqqında” qanunun üzərində təcili işləmək lazımdır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa bildirib.

F. Mustafa deyib ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda kino sənayesi bərbad vəziyyətdədir: “Bu məsələ də həllini tapmalı, həmin qanun qəbul olunmalıdır. Parlament televiziyası yaratmağa imkan yoxdursa, İctimai Televiziya ilə fikirlərimizi çatdırmaq imkanı olmalıdır”.
Deputat qeyd edib ki, bələdiyyələrin statusunu yüksəltmək istiqamətində addımlar atılmalıdır.

# 1714 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #