Bu ilin ədəbiyyat üzrə Nobel mükafatını qazanan və məsələ ilə bağlı heç nə danışmamaqla marağa səbəb olan Bob Dilan axır ki, danışdı.
Kulis.Azın türk mıtbuatına istinadən vediyi xəbərə görə, Bob bu barədə ingilis qəzeti “The Daily Telegraph”a açıqlama verib:
“Əgər imkanım olarsa, mükafatın təqdimat mərasiminə qatılacam.”
- 1940 və ya “Borc” - Daşqın Məmmədovun hekayəsi
- Naxçıvan MR-in mədəniyyət naziri vəzifəsindən azad edildi
- Xəttatlıq sənətini öyrənmək istəyənlərə şad xəbər
Onun bu açıqlaması İsveç mətbuatında rezonans yaradıb və əslində yeni anlaşılmazlıqlara yol açacağı bildirilib.
Xatırladaq ki, Bob Dilan adı açqalanandan bəri Nobel komitəsi ilə heç bir əlaqə yaratmamış, bu barədə heç nə danışmamışdı.
Komitə üzvlərinin onunla əlaqə yarada bilməməsi də ədəbiyyat həvəskarlarının marağına səbəb olmuşdu. Bəziləri Bob Dilanın mükafatı qəbul etməyəcəyini düşünürdü. .
Ancaq Bob özünə aid olan saytda kitabı haqda məlumat verərəkən özünü Nobel mükafatı laureatı kimi təqdim edərək, əslində mükafatı qəbul etdiyini göstərmişdi.