Dilbər Əmrəyeva: “Xaos və qadın”-Ən qısa hekayə

Dilbər Əmrəyeva: “Xaos və qadın”-Ən qısa hekayə
26 dekabr 2013
# 12:00

Kulis.az Dilbər Əmrəyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Xaos və qadın” (418 işarə) hekayəsini təqdim edir.

- Filadelfiya seks turizmi üzrə dünyada birincidir, - deyə Leyli siqaretindən bir qullab aldı. – İstəsən, bizimlə gəlib orada işləyərsən.

Nigar əvvəlcə içindəki altı aylıq körpəni doğratdırdı. İndiyəcən həkimin körpənin qolunu, başını necə çıxartdığı gözlərinin qabağındadır.

- Bəs, ərin?

- Əsir düşmüşdü. Geri qayıdanda bəzi orqanlarını çıxarıb satmışdılar, - Leyliyə dedi.

Filadelfiyada qarşılaşdığı Azərbaycan Milli Qəhrəmanının bir gecə üçün etdiyi ödənişin artığını qaytardı.

# 1843 dəfə oxunub

Müəllifin son yazıları

# # #