Qusar Dövlət Ləzgi Dram Teatrına baş rejissor təyin olundu

Qusar Dövlət Ləzgi Dram Teatrına baş rejissor təyin olundu
15 aprel 2022
# 14:36

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Nazirliklədən APA-ya verilən xəbərə görə, aprelin 15-də Mədəniyyət Nazirliyi nümayəndələrinin iştirakı ilə Əliyar Əliyev kollektivə təqdim edilib.

Qeyd edək ki, Əliyar Əliyev 1979-1980-ci illərdə Akademik Milli Dram Teatrında, 1983-1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1992-ci ildə “Qodonun intizarında” və “Dələduz” tamaşaları ilə Türkiyədə qastrol səfərində olub. Türkiyədə bir sıra özəl teatrlarda rejissor kimi fəaliyyət göstərib.

2010-2019-cu illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

# 1311 dəfə oxunub

Müəllifin son yazıları

# # #