Xoşbəxtlikdə gizlənmişəm – Murad Köhnəqaladan NeoQəzəl

Xoşbəxtlikdə gizlənmişəm – Murad Köhnəqaladan NeoQəzəl
5 iyun 2019
# 10:55

NeoQzəl

Yaxamdan tutub soruşurlar, indi hardasan?

Bilsinlər, elə bu sualın dibində gizlənmişəm.

Şübhələrdən diksinib qulağımı şəkləmərəm

Şübhələr içindəki yəqində gizlənmişəm.

Fikir arılarım qanad çalır zərrələr arasında

Düşüncənin bala çevrilən məqamında gizlənmişəm.

Qəlbimdə ötən quşun nəğməsi yeddi rəngə çalır

O rənglərin ümid yüklü yaşılında gizlənmişəm.

Vaqon-vaqon ötüb keçən qatar təkərlərinin

Əbədi bəstəsindəki xoşbəxtliyində gizlənmişəm.

Mənim halımdan narahat deyil daşdan baxan anam

Bilir, ən sərt kədərin içindəki ipəkdə gizlənmişəm

Sevginin itməməsi qanunum da var biləsən

Təbiət arxamda durub, vəhşiliyində gizlənmişəm.

Qorxmaram qaranlıqdan, diz çöküb təslim olmaram

Çün, beynimdəki şamların mumunda gizlənmişəm.

# 2454 dəfə oxunub

Müəllifin son yazıları

# # #