Fimlərimiz Türk Dünyası Sənədli Film Festivalının finalçıları olub

Fimlərimiz Türk Dünyası Sənədli Film Festivalının finalçıları olub
4 oktyabr 2021
# 14:24

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türk Dünyası Jurnalistlər Federasiyası”nın təşkilatçılığı ilə keçirilən 6-cı Türk Dünyası Sənədli Film Festivalının finalçı filmləri açıqlanıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, bu il festivala rekord sayda - 226 film müraciət edib və bunlardan 25 film finalçist olaraq seçilib.

Filmlər “Peşəkar filmlər” və “Tələbə filmləri” nominasiyalarında yarışacaq. Peşəkar sənədli filmlər müsabiqəsi üçün seçilən 15 film arasında 4 Azərbaycan filmi yer alır. Bunlar Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Biz” (rejissor Orman Əliyev) və “Sonuncu” (rejissor Fariz Əhmədov) filmləri, habelə “Hədiyyə” (rejissor Rövşən Nicat) və “Son sütun” (rejissor Elvin Mirzəyev) filmləridir.

Festivalın mükafatlandırma və bağlanış mərasimi oktyabrın 15-də İstanbulda keçiriləcək.

Festivalın bu ilki mövzusu “Türk mədəniyyəti və türkün dünyaya baxışı” olaraq müəyyən edilib. Mükafat qazanan filmlər “Dildə birlik - 9 ölkə - 9 şəhər - 1 Festival” şüarı ilə doqquz ölkədə nümayiş olunacaq.

# 1287 dəfə oxunub

Müəllifin son yazıları

# # #