Muxtar Yusifov: “Sivri küllər”-Ən qısa hekayə

Muxtar Yusifov: “Sivri küllər”-Ən qısa hekayə
26 dekabr 2013
# 13:00

Kulis.az Muxtar Yusifovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sivri küləklər” (427 işarə) hekayəsini təqdim edir.

Hər tərəfdən nur dəhşət olub yağırdı üstümüzə.

Qəflət bir inilti ürəyimə ox kimi sancıldı.

O səs..

Sızlayaraq ağlayırdı məhvə məhkum ruhuna. Bilirdi sulugözəm.

Səs çox irəlidən gəlirdi.

İblisin ordusunda nə öndəymiş sevdiyim?

Ona çatmaq üçün çox kül olmuş ruh ötdüm. Sivri küllər dərimə cızıqlar sərpirdi. Qorxurdum.

Dolmuş gözlərimi sıxmışdım nalələrlə qaçarkən. Yox tökməyəcəkdim göz yaşı.

O bağrımda.

Bacarmadım.

Sinəsinə düşən o damladan alovlanarkən çilik-çilik olub sivri küllərə qarışdı.

# 1430 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #