Vüqar Haqverdiyev: “Pul kisəsi”-Ən qısa hekayə

Vüqar Haqverdiyev: “Pul kisəsi”-Ən qısa hekayə
16 dekabr 2013
# 18:00

Kulis.az Vüqar Haqverdiyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Pul kisəsi” (493 işarə) hekayəsini təqdim edir.

İki məktəbli dost dayanıb yaxınlıqdakı dönərxanaya iştahla baxırdı. Dərsdən çıxmışdılar, ac idilər, ancaq pulları yox idi. Birdən yanlarından gözəl bir xanım keçdi, bilmədən pul kisəsini yerə saldı, yolda saxladığı Jeep-ə minib maşını işə saldı.

Uşaqlardan biri əyilib kisəni qaldırdı. İçində xeyli pul vardı.

Sevincək dedi: – Bəxtimiz gətirdi!

– Qaytaraq! – o biri dedi.

– Dəlisən, heç kim görməyib.

- Yox, bu düzgün deyil, – o biri tez kisəni onun əlindən alıb Jeep-in qabağına qaçdı. Xanım isə onu görmədi. Maşın yerindən sıçradı. Tappıltı gəldi. Uşaq maşının altında qalmışdı.

# 2906 dəfə oxunub

Müəllifin son yazıları

# # #