Hüseyn Hüseynzadə: “Sui-qəsd”-Ən qısa hekayə

Hüseyn Hüseynzadə: “Sui-qəsd”-Ən qısa hekayə
26 dekabr 2013
# 13:00

Kulis.az Hüseyn Hüseynzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sui-qəsd” (248 işarə) hekayəsini təqdim edir.

Anam məni ilk və son dəfə yuxuda görmüşdü. Həmən günün səhəri qan içində ayılıb günahsız körpəsini öldürdüyünü anladı.

Mən nə günəşi, nə şüşə üzərində yağış damlalarını, nə digər gözəllikləri gördüm. Mən ehtiras və sevgidən yarandım, atamın sifarişi ilə anamın qəbul etdiyi bir həbdən öldüm.

# 1897 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #