Tanınmış jurnalist Araz Zeynalov vəfat edib.
Kulis.az xəbər verir ki, Vesti.az saytının baş redaktorunun müşaviri Araz Zeynalov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
A.Zeynalov rusdilli vesti.az saytının ilk baş redaktoru olub. O, uzun illər vesti.az saytına rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.
- Obamanın 2023-cü ildə ən çox bəyəndiyi kitablar -Siyahı
- Bu film Londonda fövqəladə vəziyyət yaratdı
- Fərid Hüseyn işdən niyə çıxarılıb? MÖVQELƏR
Araz Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb.
"APA Media Group" Araz Zeynalovun vəfatından dərin kədər və üzüntüsünü ifadə edir. Dəyərli həmkarımızın ailəsinə, yaxınlarına və media camiəsinə dərin hüznlə başsağlığı veririk.