Pərvanə Rəhimova: "Saxta baba" Ən qısa hekayə

Pərvanə Rəhimova: "Saxta baba" Ən qısa hekayə
18 dekabr 2013
# 16:00

Kulis.Az Pərvanə Rəhimovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Saxta baba” (467 işarə) hekayəsini təqdim edir.

- Ana!

- Can!

- Niyə işığımız yanmır?

- Kəsiblər

- Qaranlıqdan qorxuram.

- Yanındayam, quzum.

- Ana!

- Nədi, oğlum

- Səhər hara getmişdin?

- Ünvanlı sosiala.

- Bəs niyə gələndə ağlayırdın?

- Ona görə ki, pul vermədilər .

- Niyə?

- Dedilər iki ayağın var, iki əlin, demək, imkanlısan. Sənə düşmür.

- Üşüyürəm.

- İşlətmədiyimiz qazın pulu üçün gəlib qazımızı kəsiblər, bala.

- O nə səsdir, ana?

- Gəl qucağıma, yəqin şaxta babadı.

Sevincək qışqırdı:

- Şaxta baba bizə sovqat gətirib?

- Yox.

- Niyə?

Qəhərli pıçıltı ilə:

- Bütün şaxta babalar saxtadır da ondan - dedi.

# 2041 dəfə oxunub

Müəllifin son yazıları

# # #