İslam Qasımov: “Tibb bacısı”-Ən qısa hekayə

İslam Qasımov: “Tibb bacısı”-Ən qısa hekayə
18 dekabr 2013
# 11:14

Kulis.az İslam Qasımovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Tibb bacısı” ( 498 işarə) hekayəsini təqdim edir.

Tibb bacısı özünə gəlib ətrafa baxdı. Kiçik təpənin arxasında idi. Ayrı bir təpənin bu yanında yaralı 3 əsgərimizin uzandığını gördü. Əsgərlərə yardım etmək üçün ora keçmək istədi. Güllələr onu addım atmağa qoymadı. O cəhd etdikcə güllələr onun yoluna səpilirdi. Yaralı əsgərlərdən biri “gəlmə bura, qurban olum, gəlmə” deyə çığırırdı. Tibb bacısı ağlayırdı. Yaralı əsgər son gücünü toplayıb ayağa qalxmışdı. O sinəsi ilə tibb bacısını güllələrdən qoruyub yaralı əsgərlərin yanına çatdıra bildi. Özü isə qan içində yerə sərildi. Elə bu vaxt səmadan odlu zərbə düşmən atəşini susdurdu.

# 2518 dəfə oxunub

Müəllifin son yazıları

# # #