Saday Şəkərli-“Çörəkbişirən”-Ən qısa hekayə

Saday Şəkərli-“Çörəkbişirən”-Ən qısa hekayə
16 dekabr 2013
# 21:00

Kulis.az Saday Şəkərlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Çörəkbişirən” ( 324 işarə) hekayəsini təqdim edir.

Cüssəliləri apardılar...


Tək qalmışdı qul bazarında, qarın soyuqluğu ümidlərinin də sümüyünə işləyirdi...


Arıq, sısqa, ac...və qara saçlar. Möcüzə!

Qürbət ölkənin özü də ögey ana kimi qərib tələbəyə yağı kəsilmişdi...


Çörəkbişirən soba dünya kimi Onun başına fırlanırdı elə bil...

O gözlərini açanda həkimin “Bu, ilk insandır ki, bu qədər çörəyin içində acından yıxılıb”- cümləsini eşidib də sevindi...

# 2549 dəfə oxunub

Müəllifin son yazıları

# # #