AYB-nin bəyanatı gələn həftəyə qaldı YENİLƏNİB

AYB-nin bəyanatı gələn həftəyə qaldı YENİLƏNİB
31 yanvar 2013
# 11:37

Yazıçılar Birliyi rəhbərliyindən Kulis.Az-a verilən məlumata görə gələn həftənin çərşənbə axşamı AYB katibliyinin iclası keçiriləcək. Bu gün keçirilməsi nəzərdə tutulan tədbir isə təxirə salınıb. Buna səbəb katiblərin heç də hamısının əsərlə tanış olmaması olub. İclasa qədər katiblər əsərlə tanış olacaq və iclasdan sonra bəyanat yayılacaq.

***

Kulis.az xalq yazıçısı Əkrəm Əylislinin müzakirələrə səbəb olan “Daş yuxular” romanı barədə Azərbaycan Yazıçılar Birliyindən münasibət öyrənib.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu bildirib ki, Yazıçılar Birliyi məsələyə Əkrəm Əylislinin son romanı ilə bağlı müzakirə keçirəcək. Müzakirənin sonunda AYB adından bəyanat yayılacaq.

Müzakirənin AYB katibliyində yoxsa genişləndirilmiş iclasda müzakirə ediləcəyi hələ dəqiq məlum deyil.

# 3067 dəfə oxunub

Müəllifin son yazıları

# # #