Anar: "Əsas odur, təkliflər qəbul olunsun"

Anar:  "Əsas odur, təkliflər qəbul olunsun"
7 noyabr 2023
# 15:30

Xəbər verdiyimiz kimi, Ankara Milli Kitabxanasında 5-ci Türk Dünyası Yazarlar Qurultayı keçirilir.

Xalq yazıçısı, AYB-nin sədri Anar qurultayla bağlı Kulis.az-a danışıb:

“Əvvəlki qurultaydakı kimi bu dəfə də çox maraqlı görüşlər, təkliflər oldu. Türk xalqlarının rabitə dili kimi Türkiyə türkcəsinin qəbul olunması, Cümhuriyyət ilində altı dildə ipək yolu dərgisinin çap olunması haqqında danışıldı. Əsas odur ki, təkliflər qəbul olunsun və gələcəkdə hər bir ölkə bu işdə fəal iştirak etsin”.

Qeyd edək ki, 20 ölkədən 100-ə yaxın elm xadimi, şair və yazıçının iştirak etdiyi qurultay sabah öz işinə yekun vuracaq.

# 828 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #