Xərçəngə tutulan yazıçı müalicədən imtina etdi

Xərçəngə tutulan yazıçı müalicədən imtina etdi
22 avqust 2017
# 10:15

Türk ədəbiyyatının məşhur simalarından olan Müzəffər İzgü qaraciyər xərçənginə tutulub.

Kulis.Azın türk mətbuatına istinadən verdiyi məlumata görə, yazıçı xeyli zamandır xəstəxanada müalicə almaqdadır.

Uzun müddət qaraciyər xərçəngindən əziyyət çəkən Müzəffər İzgü müalicədən imtina edərək son günlərini evində keçirməyə qərara alıb.

Yazıçının köməkçisi Müzəffər İzgünün vəziyyətinin getdikcə tündləşdiyini açıqlayıb.

Xatırladaq ki, Müzəffər İzgü Türkiyədə ən çox oxunan yumoristik kitabların müəllifidir. “Gecəqondu”, “İlyas əfəndi”, “Halo dayı” əsərləri ilə məşhurluq qazanıb, bir neçə mükafata layiq görülüb.

# 1113 dəfə oxunub

Müəllifin son yazıları

# # #