Ayı oraqla doğra - Könül Həsənquludan YENİ ŞEİRLƏR

Ayı oraqla doğra - Könül Həsənquludan <span style="color:red;">YENİ ŞEİRLƏR
9 fevral 2016
# 21:00

Hasarlar

Şərqli qadının boyunbağısından
Xaç əvəzinə
Xəncər asıldığını görərsən....

Sənə sevgiylə baxıram

Danışma mənə
Nə Allahdan, nə cadudan!

Din əzəldən
Düşmən edər şairə

Övliyaları

Gəl...

Çək çarmıxa
Bir bax mənə
Gör necə

Hz. İsa kimiyəm....

İyun 2015

Gün doğarkən

Mənə
Ürəyi dörd nalını ötən atlardan danış
Gedirəm son savaşa!

Mənə
Düzənlikdə duman qoparan atlardan danış
Gedirəm son savaşa

Mənə
Yüyənini çeynəyib udan atlardan danış
Gedirəm son savaşa

Mənə
Özünü bölüb-keçən atlardan danış
Gedirəm son savaşa

Ayı oraqla doğra

Noyabr 2015

Qızılgülün qayığı

Yosunları qucaqlamaq vardı qollarımda

əllərim uzanarkən boynuna


İri-xırda balıqların üzgəcləri

ətəklərinə dəyirdi

Üfüqdə günəşi udmamışdı

Yunisin balığı

Quru otların xışıltısı

səsində idi...

Ot ayaqlamıram indi

ayaqlarım da böyüdü boyum kimi

Yazsalar da vəsiqəmə “havanı yarmaqda

yüz yetmiş iki sm-lik izn”i

boyum çatmır qaranlığa...


Qopar o qara rəngi

gecədən, ana

kölgəsi tutub günləri

Uzat əlini!

Yamadım bütün qayıqları...


Gül zoğundan qönçə düyünlənib açdığı kimi

gül zoğundan qönçə düyünlənib açdığı kimi

gəl yenidən doğ məni.

Yanvar 2016

# 1004 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #