Emil Davudzadə: “Ardı var”-Ən qısa hekayə

Emil Davudzadə: “Ardı var”-Ən qısa hekayə
25 dekabr 2013
# 11:00

Kulis.az Emil Davudzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ardı var” (281 işarə) hekayəsini təqdim edir.

O səhər insanların üzünə diqqətlə baxırdım. Nəsə axtarırdım. Sabir bağında gözləri çox uzaqlara yol çəkən yaşlı bir kişi gördüm. Şlyapası, göy gözləri, bəyaz plaşı vardı. Yanında oturdum:

-Təksiz? - Soruşdum.

- Hə. - Dedi.

-Niyə? - Soruşdum.

O da bütün həyatını danışdı. 37-ci ildə anadan olmuşdu. Amma bu tamam başqa bir hekayədir.

# 2801 dəfə oxunub

Müəllifin son yazıları

# # #