Şükür Aslanlı: “Şəhid oğlu”-Ən qısa hekayə

Şükür Aslanlı: “Şəhid oğlu”-Ən qısa hekayə
20 dekabr 2013
# 16:00

Kulis.az Şükür Aslanlının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Şəhid oğlu” (220 işarə) hekayəsini təqdim edir.

Onun hər şeyi var idi. Atasından ona bir çox şey qalmışdı. Ev, maşın, pul və zəngin bir həyat. Buna isə atasından yalnız bir ad qalmışdı: ŞƏHİD OĞLU.

O öldü. Tüstü və içki qoxulu bir qumar masasında. Bu öldü. Soyuq bir qış günü, döyülə-döyülə soyuq kazarmasında...

# 1413 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #