Kulis.az Cabir Hüseynovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Cəhənnəm” (328 işarə) hekayəsini təqdim edir.
Sürfə ləziz yeməklərlə, çeşid-çeşid çərəzlərlə dolu idi. Atasına ehsan verirdi. Gələnlərin sayı-hesabı yox idi. “Yasin”dən sonra hamı yeməyə girişmişdi. Molla tövsiyəsini eləməkdə idi:
Qazancı halal olmayanların yeri cəhənnəmdir.
- Qardaşının yerinə müharibəyə gedən Umud – HEKAYƏ
- "Qorxma, mən səninləyəm"in qəhrəmanları bir yerdə
- Vaqif Bayatlı Elçibəy haqqında
Bu sözdən qəfil diksindi, loğması boğazında qaldı, çeçədi, sürfəni təzədən görürmüş kimi oldu və atası gözlərinin qabağında.
Bura cəhənnəm idimi?