Rafiq Həsənov: “Buqələmun” Ən yeni hekayə

Rafiq Həsənov: “Buqələmun”  Ən yeni hekayə
17 dekabr 2013
# 21:00

Kulis.az Rafiq Həsənovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Buqələmun” (426 işarə) hekayəsini təqdim edir.

Əlqara hiylə-kələklə Sov.İKP yerli təşkilatinın katibi seçildi. Topladığı üzvlük haqqını özəlləşdirib, AXCP-yə qaçdı. Həmrəy insanları bir-birinə düşmən elədi. Demokratam-deyib özünü “yoldaş-bəy-müəllim-cənab” cildinə salır. Hər kəsə-Adamın bir sifəti olar!-söyləyir.

Məscidə dadanıb. Uzun saqqalını darayır, əlini təsbehqarışıq sinəsinə qoyub axunda təzim eləyir.

Bu gün saqqalsızdı. Alabəzək qalstuk bağlamışdı. Uzaqdan səsləndi: Gördün Ukraynada neynədilər? Avropa Birliyi!!!

# 1751 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #