Nəsiminin 650 illiyi Belqradda qeyd olunub

 Nəsiminin 650 illiyi Belqradda qeyd olunub
19 iyun 2019
# 14:27

Ölkə başçısının dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamının icrası üzrə tədbirlər çərçivəsində Belqradda “Yuqoslaviya kinoteatrında” şairin serb dilinə tərcümə edilmiş şeirləri məcmuəsinin təqdimatı və tarixdə ilk dəfə olaraq “Nəsimi” bədii filminin serb subtitrləri ilə nümayişi olub.

Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Serbiyanın qanunvericilik orqanının Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun üzvləri, dövlət xadimləri, hökumətin, diplomatik korpusun üzvləri, Serbiya paytaxtının yaradıcı və elmi dairələrinin, həmçinin ölkənin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Serbiya Kral Akademiyasının üzvü, akademik Sokol Sokoloviç çıxış ediblər.

“Nəsimi” filminin subtitrlərlə nümayişi qonaqlarda böyük maraq doğurub və gurultulu alqışlarla başa çatıb.

# 2050 dəfə oxunub

Müəllifin son yazıları

# # #