Buker mükafatının qısa siyahısı elan olundu

Buker mükafatının qısa siyahısı elan olundu
15 sentyabr 2017
# 10:27

Böyük Britaniyada Buker mükafatının qısa siyahısı elan olunub. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumatına siyahıya altı müəllif daxildir.

Qısa siyahıya altı müəllif daxildir.

Müəlliflərdən üçü ABŞ-dandır- “4321” romanı ilə Pol Oster, “Canavarların həyatı” romanı ilə Emili Fridlund, “Linkoln Bardoda” romanı ilə Corc Sonders siyahıda yer alırlar.

“Elmet” romanı ilə Fiona Mozley, “Payız” romanı ilə Ali Smit Böyük Britaniyanı təmsil edirlər. Əslən Pakistandan olan Britaniya vətəndaşı Mohsin Hamid də “Qərbə çıxış” əsəri ilə siyahıya düşüb.

Xatyırladaq ki, Buker mükafatı ədəbiyyat sahəsində, ingilis dilində yazılmış əsərlərə verilir. Qalibin adı oktyabrın 17-də açıqlanacaq. O, 50 funt sterlinq mükafat alacaq.

# 1020 dəfə oxunub

Müəllifin son yazıları

# # #