Harri Porter filmlərindəki ev satışa çıxarılıb

Harri Porter filmlərindəki ev satışa çıxarılıb
9 avqust 2017
# 22:08

Harri Porter haqqında filmlərin çəkildiyi ev satışa çıxarılıb.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə evin qiyməti 995 min funt sterlinqdir.

Real həyatda de Verlərin evi adlanan tikili Suffolk qraflığının Lavenem kəndində yerləşir. De Verlər ailəsi İngiltərədə kraldan sonra ən varlı ailə sayılırdı. Bina 14-cü əsrdən 17-ci əsrə qədər de Verlərə, daha dəqiqi onlardan biri, Oksford qrafı Eduarda məxsus olub. Bəzi araşdırmaçılar Uilyam Şekspirin əsərlərinin müəllifliyini onun adına yazırlar.

Kral Henrix 1498-ci ildə ova çıxan zaman bu evdə olub.

Belə hesab olunur ki, Böyük Britaniyanın baş nazirinin Dauninq-strit 10 ünvanındakı iqamətgahından sonra turistlər ən çox bu evin girişinin fotosunu çəkirlər.


# 1303 dəfə oxunub

Müəllifin son yazıları

# # #