Azad Qaradərəlinin imza günü olacaq

Azad Qaradərəlinin imza günü olacaq
11 aprel 2017
# 12:45

Aprelin 15-i, saat 15.00-dan 17.00-ə dək Kitabevim.az kitab dükanında yazıçı Azad Qaradərəlinin “Əllidən bir kəm” adlı yeni romanının imza günü və təqdimat mərasimi keçiriləcək.

Maraqlananlar imza gününə dəvətlidir.

“Əllidən bir kəm” müəllifin sayca 6-cı romanıdır. Bundan əvvəl “Günəş tutulan yerdə”, “Şəhərcik”, “Kuma-Manıç çökəkliyi”, “Cülyettanın sağ döşünə toxunmaq”, “Şüşə ev” romanları işıq üzü görüb.

Xatırladaq ki, Hüseyn Cavidin xatirəsinə həsr olunmuş kitab “Alatoran” yayımlarında çap olunub.

# 931 dəfə oxunub

Müəllifin son yazıları

# # #