Ukrayna London teatrını Anna Netrebkoya görə ittiham edir

Ukrayna London teatrını Anna Netrebkoya görə ittiham edir
8 sentyabr 2025
# 14:00

Ukrayna London teatrını Anna Netrebkoya görə ittiham edir.

Kulis.az xəbər verir ki, Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı rus opera müğənnisi Anna Netrebkonun 11 sentyabrda Londondakı Kraliça Opera Teatrında çıxış etməsinə icazə verilməsini "xəyanət" adlandırıb.

O, bu çıxışı Ukraynanın yaxın müttəfiqi olan Böyük Britaniyaya qarşı Rusiyanın təhdidi kimi qiymətləndirib.

Zalujnı və 200-dən çox ukraynalı təşkilat teatr və hökumətdən Netrebkonun konsertinin ləğvini tələb etsə də, müdaxilə edilməyib.

Qeyd edək ki, Anna Netrebko “Toska” operasında baş rolu ifa edəcək və bütün biletlər satılıb.

# 166 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər