Sabir Rüstəmxanlının yubileyi qeyd olunacaq

Sabir Rüstəmxanlının yubileyi qeyd olunacaq
24 may 2016
# 15:43

Mayın 25-də, saat 19-da Akademik Milli Dram Teatrında xalq şairi Sabir Rüstəmxanlının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcəkdir.

Kulis.Azın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcək, Sabir Rüstəmxanlının həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək.

Habelə, sevilən müğənnilərin ifasında mahnılar səslənəcək.

Qeyd edək ki, çoxsaylı ədəbi mükafatlara layiq görülmüş şairin uzun illər ərzində "Ömür kitabı", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı" və digər şeir kitabları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaları, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanları işıq üzü görmüşdür. Bu əsərlərdən bir çoxu dünya xalqlarının dillərinə tərcümə olunmuşdur.

# 983 dəfə oxunub

Müəllifin son yazıları

# # #