“Velosipedlə Afrikaya” kitabı təqdim olunacaq

“Velosipedlə Afrikaya” kitabı təqdim olunacaq
16 mart 2018
# 11:50

Martın 24-ü macəraçı səyyah Yaşar Xudiyevin “Velosipedlə Afrikaya” adlı kitabının təqdimatı keçiriləcək.

Kulis.azın məlumatına görə təqdimat Bumeranq Yaradıcılıq Mərkəzində 15:00-20:00 saatlarında baş tutacaq.

Kitab Yaşar Xudiyevin Afrika qitəsinə velosipedlə səyahətindən bəhs edir. Səyahət 1 il ,7 ay çəkib. Yaşar Xüduiyev 22 min km qət edərək səfərini Ümid burnunda tamamlayıb.

Kitabda onun səyahət zamanı yaşadığı təhlükəli anlar, başına gələn hadisələr yer alıb.

Kitab “Ol” mətbəəsində nəşr edilib.

# 1071 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #