Mehdi Ağayev: "Çinar dərdi" Ən qısa hekayə

Mehdi Ağayev: "Çinar dərdi" Ən qısa hekayə
24 dekabr 2013
# 14:00

Kulis.Az Mehdi Ağayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Çinar dərdi” (469 işarə) hekayəsini təqdim edir.

Küçəmizdə bir çinar var. Adına “Tək çinar” deyirlər. Qədd-qamətli, əzəmətli. Baxanda ürəklər fərəhlənir. Yarpaqlarının pıçıltısı ecazkar musiqiyə bənzəyir.

Yayın istisində camaat “Tək çinar”ın kölgəsində sərinləyir. Baharın gəlişini ilk dəfə bizə “Tək çinar” söyləyir. Qora bişirən istiləri qovmaq üçün sərin küləyin nə vaxt gələcəyini “Tək çinar” xəbər verir. Qaranquşların qanadında gələn bahardan ta qış girənəcən yaşıl görünür.

Ucalmaq, ulduzlara çatmaq eşqi var çinarda. Ancaq “Tək çinar”ın da dərdi var. Barsızlığı, bəhrəsizliyidir.

# 3108 dəfə oxunub

Müəllifin son yazıları

# # #