"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı
2 oktyabr 2026
# 17:00

24-31 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 63-cü Beynəlxalq Antalya "Qızıl Portağal" Film Festivalında Milli Tammetrajlı Film Müsabiqəsində yer alacaq 12 ekran işi bəlli olub.

Kulis.az xəbər verir ki, jüri sədrliyini rejissor Dərviş Zaimin etdiyi müsabiqədə ümumilikdə 11 milyon türk lirəsi dəyərində mükafat paylanılacaq.

"Ən yaxşı film" nominasiyasının qalibi isə 5 milyon lirə pul mükafatı əldə edəcək.

Müsabiqə çərçivəsində Yeşim Ustaoğlunun "Artakalan", Ferit Karahanın "Cinlerin Düğünü", Büşra Bülbülün "Bir Anne Hakkında" və Ragıp Türkün "Taş ve Tüy" filmlərinin Türkiyə premyerası baş tutacaq.

Necmi Sancakın "Bekle Bizi Brüksel", Emre Aybekin "Düğün Şarkıcısı", Sinan Sertelın "Elisa", Hüseyin Karabeyin "Hakikatin Ölümü", Emir Ziyaların "Kadim Mavi", Aydın Orakın "Ölü Arının İğnesi", Emre Kavukun "Selma" və Biket İlhanın "Tatlı Maya" ekran işləri isə dünya premyerayalarını Antalyada reallaşdıracaqlar.

Qeyd edək ki, festival çərçivəsində, həmçinin qısametrajlı və sənədli filmlər üzrə müsabiqədənkənar xüsusi nümayişlər də təşkil olunacaq.

# 51 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər