Anar Rafiqoğlu: "Yolayrıcı" Ən qısa hekayə

Anar Rafiqoğlu: "Yolayrıcı" Ən qısa hekayə
18 dekabr 2013
# 16:00

Kulis.Az Anar Rafiqoğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi "Yolayrıcı" (399 işarə) hekayəsini təqdim edir.

Zənci önünü kəsən gənclərdən sıyrılmaq istəsə də alınmadı. Təhqir, söyüş yağdıran gəncləri qorxu qarışıq həlimliklə sakitləşdirmək istədi, yenə alınmadı. Sifətinə tüpürərək: - üzünü yu ki, ağarsın, - dedi gənclər. Zəncinin gözləri doldu. Elə bu anda anasının əlindən qaçan körpə birbaşa maşın yoluna yürüdü. Gözüyaşlı zənci ani bir sıçrayışla uşağı kənara atdı və özü sürətlə şütüyən maşının altına düşdü.

Zənci indi hönkürən həmin gənclərin qolları üstə can verdi.

# 2468 dəfə oxunub

Müəllifin son yazıları

# # #