Pablo Nerudanın cəsədi ekskumasiya olunub

Pablo Nerudanın cəsədi ekskumasiya olunub
10 aprel 2013
# 14:09

Ədəbiyyat üzrə Nobel mükafatı qalibi Pablo Nerudanın cəsədi keçmiş sürücüsünün qaldırdığı iddia əsasında ekskumasiya olunub. Kulis.Az-ın “Röyters” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə çilili şairin cəsədinin ekspertizasının bir neçə ay davam edəcəyi gözlənilir.

Məhkəmə tibbi ekspertizasının sədri Patrisio Bustos verdiyi açıqlamada bir saat davam edən qazıntı işləri nəticəsində çıxarılan tabutun yaxşı vəziyyətdə olduğunu, ekspertizanın aparılması üçün İsla Neqradakı sahilkənarı evində dəfn olunan Nerudanın nəşinin paytaxt Santyaqoya aparılacağını və xaricə laboratoriyaya göndəriləcəyini bildirib.

Ömrünün son aylarında Nerudanın sürücüsü olmuş Manuel Arayya şairin Pinoçet rejimi tərəfindən zəhərləndiyi açıqlayıb: “Biz ümid edirik ki, ekspertizanın nəticəsi müsbət olacaq, çünki, Neruda öldürülüb”.

Nerudanın 40 il bundan əvvəl Pinoçet tərəfindən devrilmiş prezident Salvador Alyandedən 12 gün sonra, prostat vəzi xərçəngindən öldüyü deyilirdi.

# 1895 dəfə oxunub

Müəllifin son yazıları

# # #