“Qara bağ” filmi Türkiyədə birinci oldu

“Qara bağ” filmi Türkiyədə birinci oldu
21 dekabr 2017
# 11:11

Rejissor Amil Məmiyevin “Qara bağ” filmi Türkiyədə keçirilən Hak-iş Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı film” nominasiyasının qalibi olub. Filmin baş qəhrəmanı Elxan Abbasov da festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, dünən baş tutan mükafatlandırma mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş qaliblərə mükafatları təqdim edib.

Qeyd edək ki, film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Amil Məmiyev, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırıblar. /azertag.az/

# 756 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #