#

Sabirin virtual muzeyi təqdim olunacaq

Sabirin virtual muzeyi təqdim olunacaq
12 oktyabr 2017
# 11:45

Oktyabrın 14-də saat 12.00-də Beynəlxalq Mətbuat Mərkəzində Sabir Virtual Muzeyinin təqdimat mərasimi keçiriləcək.

Mirzə Ələkbər Sabir Fondundan Kulis.az-a verilən məlumata görə, tədbir dahi şairin 155 illiyi münasibətilə keçirilir.

Fondun təşəbbüsü ilə Sabirə aid olub müxtəlif mənbələrdə – arxivlərdə, TV və radioda, kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradılıb.

M.Ə.Sabirin 1912-ci ildən bu günlərimizədək çap olunmuş kitabları, əsərlərinin müxtəlif dillərə tərcümələri, şairə həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin hazırda Şamaxı şəhərində yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin təmirdən oncəki fotoları, muzeyin tikilməkdə olan yeni görüntüsünün maketi, Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar da virtual muzeydə yer alıb. Qeyd edək ki, şairə aid bütün məlumatların daxil ola bildiyi vahid baza ilk dəfə olaraq yaradılır.

# 1174 dəfə oxunub

Müəllifin son yazıları

# # #