Əkrəm Əylisliyə cinayət işi açıldı

Əkrəm Əylisliyə cinayət işi açıldı
31 mart 2016
# 17:40

Yazıçı Əkrəm Əylisli barəsində cinayət işi başlanıb.

Bu barədə Kulisə yazıçı özü məlumat verib. Bildirib ki, cinayət işi haqqında onlara bu gün məlumat verilib. Deyilib ki, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Ə.Əylisli: “Təbii ki, bu çox qeyri-ciddidir. Guya, təyyarə gedəndən sonra mən orda dava eləmişəm, kimisə vurmuşam, xuliqanlıq törətmişəm. Halbuki belə bir şey olmayıb və ola da bilməz.”

Cinayət işinin açılma səbəblərinə gəldikdə isə yazıçı bunları deyib: “Görünür, ölkədən çıxmağıma imkan verməmək üçün belə bir addım atırlar.”

“Hüquqlarınızın müdafiəsi üçün nə etmək istəyirsiniz?” - sualına gəlincə Ə.Əylisli bildirib ki, heç bir planı yoxdur: “Heç bir planım yoxdur. Hələ də dünənki günün yorğunluğunu yaşayıram.”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

# 949 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #