Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə
5 noyabr 2026
# 13:56

Fantastika və romantikanı birləşdirən əsərləri ilə tanınan amerikalı yazıçı Sara C. Maas yeni romanı ilə Böyük Britaniyada satış rekorduna imza atıb.

Kulis.az xəbər verir ki, müəllifin “A Court of Splintered Harmony” kitabı 1998-ci ildən bəri ölkədə ən sürətlə satılan böyüklər üçün fantastik roman olub.

Əsər nəşrindən sonrakı ilk beş gündə, oktyabrın 27-dən 31-dək 188 min 914 nüsxə satılıb.

Bu göstərici kitabı təkcə janr üzrə deyil, ümumilikdə böyüklər üçün bədii ədəbiyyat bazarında da son illərin ən böyük satış hadisələrindən birinə çevirib. “Bloomsbury” nəşriyyatının məlumatına görə, əsər Böyük Britaniyada 2015-ci ildə Harper Linin “Go Set a Watchman” romanından sonra böyüklər üçün bədii ədəbiyyatın ən böyük həftəlik satış nəticəsini göstərib.

Roman Maasın “A Court of Thorns and Roses” silsiləsinin altıncı kitabıdır və müəllif beş ildən artıq fasilədən sonra bu dünyaya qayıdıb. Kitabın ilk nəşr günü və ön sifarişləri birlikdə ingilisdilli bazarlarda 1,7 milyon nüsxəlik göstərici əldə edib. Yazıçının bütün seriyaları üzrə ingilis dilində ümumi satışları isə 100 milyon nüsxəni ötüb. Maasın uğuru sosial şəbəkələr, xüsusilə tiktok vasitəsilə böyüyən romantik-fantastika janrının nəşriyyat bazarındakı gücünü də nümayiş etdirir.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər