Əkrəm Əylisli ölkədən çıxarkən saxlanıldı

Əkrəm Əylisli ölkədən çıxarkən saxlanıldı
30 mart 2016
# 11:36

Yazıçı Əkrəm Əylisli bu gün səhər saatlarında Heydər Əliyev adına Hava Limanında saxlanılıb.

Lent.az-ın məlumatına görə, o, Venesiyada keçirilən kitab festivalına getmək istəyirmiş. Ə.Əylislinin həyat yoldaşı Qalina Əylisli “Turan” agentliyinə bildirib ki, yazıçının ölkədən çıxışına qadağa qoyulduğu deyilib, amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb.

Q.Əylisinin dediyinə görə, Ə.Əylisli böyük oğlu İlyas Əlylisli ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin hava limanındakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

# 907 dəfə oxunub

Müəllifin son yazıları

# # #