Kulis 3 yaşında VİDEO

Kulis 3 yaşında <span style="color:red;">VİDEO
4 aprel 2014
# 10:37

Kulis.Az internet dərgisinin üç yaşı tamam olur. Jurnal mədəniyyət sahəsində milli və bəşəri proseslərin bütün çalarlarını Azərbaycan oxucusuna təqdim edir.

Dərginin baş redaktoru Qan Turalı deyir ki, dərgidə mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən ədəbiyyat, teatr, kino eləcə də televiziya haqqında analitik yazılar çap edilir. Oxucular burda eyni zamanda Azərbaycanda, eləcədə dünyada gedən mədəni proseslər, ədəbiyyat hadisələri, kinoda, teatrda baş verən yeniliklərlə tanış ola bilirlər.

Kulis.Az Lent.az saytının mədəniyyət layihəsi kimi 2011-ci ilin aprel ayının 4 - dən fəaliyyət göstərir.

Dərgini təbrik edən Lent.az İnformasiya Agentliyinin baş direktoru
Qabil Abbasoğlu bildirib ki, dərgi az müddət ərzində geniş oxucu kütləsi toplayıb.

Azərbaycanın tanınmış qələm sahiblərinin böyük əksəriyyəti ilə yanaşı, yeni yazarlara da öz səhifələrində yer ayıran dərgi ancaq internetdə yayımlanır və hər gün yenilənir.

Həmkarlarımızı təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq.

# 1518 dəfə oxunub

Müəllifin son yazıları

# # #