Orxan Pamuk Moskvaya getməyəcək

Orxan Pamuk Moskvaya getməyəcək
4 noyabr 2016
# 11:11

“Beynimdə bir qəribəlik” kitabı ilə məşhur rus ədəbiyyatçı Lev Tolstoyun evinin adını daşıyan “Yasnaya Polyana” mükafatına layiq görülən Orhan Pamuk, Tolstoyu yazıçıların ən böyüyü adlandırıb.

Kulis.Azın Sputnik-ə istinadən verdiyi xəbərə görə, Orhan Pamuk bu mükafata layiq görülməkdən duyduğu məmnuniyyəti dilə gətirib:

“Tolstoy adına verilən bu mükafata layiq olmaqdan böyük şərəf duydum. Amma çox təəssüf ki, Nyu-Yorkdakı ağır dərs proqramım üzündən Moskvadakı “Bolşoy Teatr”da keçiriləcək mərasimdə iştirak edə bilməyəcəm”, - yazar deyib.

Türk yazıçı daha sonra bunları deyib: “Ruslarla türklər savaşmaq yox, dostluq etmək zamanının gəldiyini anladı. Rusiyada bir türk yazarın ən böyük mükafata layiq görülməsi məni qürurlandırır. Fevral ayında Moskvaya gedib, layiq görüldüyüm “Yasnaya Polyana” mükafatımı alacağam”.

# 1205 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #