Günel Kərimli: “Dəfn” - Ən qısa hekayə

Günel Kərimli: “Dəfn” - Ən qısa hekayə
21 dekabr 2013
# 13:00

Kulis.Az Günel Kərimlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Dəfn” (499 işarə) hekayəsini təqdim edir.

İyul küləyi qəbiristanlığın quru otunu sığallayırdı. Kənd dədəmi dəfn etməyə yığışmışdı. Meyidi məzarın yanına qoyub mollanın yasini bitirməsini gözləyirdik.

Səy Cəbi kibriti yerə atanda aləmi od götürdü. Əynində 5 manatlıq neylon şalvar, quru ot, isti külək – necədi səninçün? Şax-şəvəl qalmamışdı – kimin əlinə nə keçdisə, yanındakını döyəcləyib alovu söndürürdü. “Şalaxo oynayırdıq”. Dədəmin kəfəni alışanda hamı üstünə cumdu – nə yemisən turşulu şilə! Tüstü çəkiləndə kişinin eyib yerləri görünürdü. Elə də basdırdıq.

Yaxşı kişiydi rəhmətlik, amma meyidini zibilə döndərdik.

# 2488 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #