"Sülh missiyası" VİDEO

"Sülh missiyası" VİDEO
20 noyabr 2013
# 12:14

1991-ci il 20 noyabr Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın görkəmli dövlət adamlarının içərisində olduğu Mİ-8 N72 helikopteri vuruldu.

Dağlıq Qarabağda yaranmış fors-major vəziyyəti araşdırmaq üçün hərəkət edən vertolyotda Azərbaycanın Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Daxili işlər naziri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, nazir müavini Qurban Namazəliyev, prezidentin mətbuat katibi Osman Mirzəyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, telejurnalist Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular.

Kulis.Az Qarakənd faciəsi ilə bağlı ANS şirkətlər qrupunun hazırladığı "Sülh missiyası” filmini təqdim edir.

# 3107 dəfə oxunub

Müəllifin son yazıları

# # #