Fuad Babayev: “Işsiz” - Ən qısa hekayə

Fuad Babayev: “Işsiz” - Ən qısa hekayə
21 dekabr 2013
# 11:00

Kulis.Az Fuad Babayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “İşsiz” (481 işarə) hekayəsini təqdim edir.

  • Sən Allah, qoy oturmuşuq, - qardaşı üzünə xeyli baxandan sonra qeyzlənib – Necə yəni Moskvaya gedirəm? Nə var Moskvada? Hansı pulla gedirsən Moskvaya? - birnəfəsə yağdırdı. Sonra dinmədiyini görüb:
  • Aqil, səninlə deyiləm? Cavab ver, - dedi.
  • Nə deyim?
  • Nə deyim? Mən soruşuram ki, bu hardan çıxdı? Bilirsən neçəyədir ora bilet?
  • Bilirəm.
  • Nəyi bilirsən?
  • Biletin qiymətini.
  • Pulun var?
  • Var, - ürəksiz dedi, - olacaq.
  • Aqil, nə olub birdən-birə?
  • Heç nə olmayıb?
  • Olub? – qardaşı çaşqın-çaşqın soruşdu – Nə olub?
  • O olub ki, 2 ildir ki, Çelyabinskdə iş tapa bilmirəm.
# 3193 dəfə oxunub

Müəllifin son yazıları

# # #