Rus “Buker”inin uzun siyahısı açıqlandı

Rus “Buker”inin uzun siyahısı açıqlandı
14 iyul 2014
# 13:43

Rusiyanın nüfuzlu ədəbi mükafatlarından biri olan “Buker”in uzun siyahısı açıqlanıb. Bura Natalya Qromovanın sənədli faktlara əsasən qələmə aldığı “Açar”, Zaxar Prilepinin “İqamətgah”, Yelena Skulskayanın “Mərmər qu quşu”, Kseniya Bukşinin “Azadlıq zavodu”, Vladimir Şarovun “Misirə qayıdış”, Qleb Şulpyakovun “Dante adına muzey”, Vladimir Sorokinin “Telluri”, Vsevolod Beniqsenanın “Frolovun çakra”sı, Anatoli Kimin esxatoloji yuxu romanı “Cənnətun sevinci” əsərləri daxildir.

Jürinin sədri Andreq Aryev müəlliflərin mistika və fenteziyə meylini tənqid edib:

“Müasir müəlliflərə başqa şüurla işləmək, psixoloji əsaslandırmanı qurmaq çətindir, bunun öhdəsindən gəlmək üçün çoxu fenteziyə qaçır. Amma mənim üçün proza psixologiyasız mövcud deyil.”

Nasirlərin fantastika janrına meyli haqda jüri nümayəndəsi yazıçı Denis Draqunski də qeyd edib. Onun sözlərinə görə oxuduğu 85 romanda “çoxlu şeytan” var, amma ironiya yoxdur.

Qısa siyahı oktyabrda açıqlanacaq.

# 1665 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #