Nicat Yusubov: “On iki”-Ən qısa hekayə

Nicat Yusubov: “On iki”-Ən qısa hekayə
20 dekabr 2013
# 14:00

Kulis.az Nicat Yusubovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “On iki” (494 işarə) hekayəsini təqdim edir.

Saat 12-yə yaxınlaşırdı. Əqrəblər sanki məhz bu gün bir-birilərinə qarşı yadlaşmışdılar. Məhz 12-də görüşmək istəmirdilər.

3-ü də məcbur idilər, amma onlar üçün Yeni il gecəsi olmasının fərqi yox idi. Onun üçünsə var idi. İnsanlar 31-in hər gecəsi kimi bu gecə də dayanmadan içəcəkdilər, saniyə əqrəbi 12-yə çatana qədər bütün dərdlər unudulacaqdır.

00:00-da isə xoşbəxtlik son həddə çatacaqdır, eyforiya fişənglərlə birlikdə ruhlara yayılacaqdır. Statistikaya əsasən isə hər saat 200 nəfər acından ölür. Saat 12-ni vurdu və 200 nəfər artıq bu dünyada yoxdur. Xoşbəxtlərsə...

# 1666 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #