Azad Həsənli: “Heç kim”-Ən qısa hekayə

Azad Həsənli: “Heç kim”-Ən qısa hekayə
19 dekabr 2013
# 12:00

Kulis.az Azad Həsənlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Heç kim” (489 işarə) hekayəsini təqdim edir.

Bu gün heç kimlə evlənməyimin bir ili olur. 3 ay əvvəl heç kəs adlı qızımız dünyaya gəlib. Mənim adım heçdir. Biz heçlər ailəsiyik. Biz yatanda cibimizdə pul qurtaranda heç nə oluruq.

Arvadım və mən bir yerdə işləyirik. İkimiz bir yerdə maaş alana qədər müdirimiz üçün hər şeyik. Biz adətən toya gedəndə bizi toya dəvət edənlərin pul atana qədər gözündə hər kimik. Toy qurtarıb evə qayıdanda yenə heç kim oluruq. Yuxularda adətən mən və həyat yoldaşım hər nə oluruq. Qızımızın yuxusundan hələ ki, xəbərimiz yoxdur. Səhər ayılanda həmişəki kimi həyatımıza heç kim olaraq başlayırıq.

# 2393 dəfə oxunub

Müəllifin son yazıları

# # #