Xuraman Nuru: “Xəritə”-Ən qısa hekayə

Xuraman Nuru: “Xəritə”-Ən qısa hekayə
18 dekabr 2013
# 15:00

Kulis.az Xuraman Nurunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Xəritə” (447 işarə) hekayəsini təqdim edir.

Əlində tutduğu xəritəni elə möhkəm sıxdı ki, kağızın səsinə yanındakı yoldaşı dönüb dedi:

- Nə olub, niyə gərginsən?

O isə göz yaşları içində sürətlə şütüyən avftobusun pəncərəsindən bir uzaqlara baxdı, bir bir də əlindəki xəritəyə:

- Xəritəyə baxıram, torpağımın adı var, ünvanıma baxıram, evim yox! Yollara baxıram, adı yazılıb, getmək istəyirəm, yolu yox! Dağlara baxıram, zirvəsi həmişə qarlı olan dağlara, amma getməyə cığır yox! yox!

Bir az köks ötürdü, kədərli-kədərli "Ölmək istəyirəm, dost, məzar belə yox!"- dedi.

# 3422 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #