İradə Cəlilova: "Vicdan" Ən qısa hekayə

İradə Cəlilova: "Vicdan" Ən qısa hekayə
17 dekabr 2013
# 10:00

Kulis.Az İradə Cəlilovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Vicdan” (336 işarə) hekayəsini təqdim edir.

Saçlarını toparlayıb yığdı. Güzgü qarşısına keçib, diqqətlə özünə baxdı. Gözlərinə, dodaqlarına, boynuna. Nə qədər gözlərə baxmışdı gözləri, nə qədər dodaqlar toxunmuşdu boynuna, dodaqlarına. Nə qədər əl gəzmişdi bədənində, nə qədər insanın ağız qoxusu vardı nəfəsində... İllərdən sonra olmayan vicdanı sızladı. Gözləri önünə gəldi uşaqlığı, məsumluğu, zorlanması... Tüpürdü üzünə...

# 2603 dəfə oxunub

Müəllifin son yazıları

# # #